İnsanlara hürriyət, millətlərə istiqlal!

Torosyanın təyinatı Paşinyanın ən yaxın adamları üçün də sürpriz olub

Xəbər verildiyi kimi, bu günlərdə Ermənistanda hakim “Vətəndaş sazişi” partiyasının üzvü Armen Torosyan parlamentdə deputatlıq mandatını təhvil verib. Daha sonra onun nazir vəzifəsinə təyin olunması haqqında rəsmi xəbər verilib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Qəzet yazır ki, hakim komandada Arsen Torosyanın deputat mandatından imtina edərək əmək və sosial məsələlər naziri vəzifəsini qəbul etməsi gözlənilməz olub. Bu addım xüsusilə partiyanın yüksək eşalonunun “dar çevrəsi” üçün sürpriz sayılır. Çünki yaxşı bilirdilər ki, vaxtilə Paşinyan onu faktiki olaraq icra hakimiyyətindən uzaqlaşdırmışdı.

Səhiyyə naziri postundan azad edildikdən sonra Paşinyan onu Baş nazirin aparat rəhbəri təyin etsə də, onun işindən son dərəcə narazı qalmış və deyilənlərə görə, vəzifədən uzaqlaşdırarkən açıq şəkildə hədələyərək “Sən bir daha icra hakimiyyətində vəzifə tutmayacaqsan” deyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Avqust 2025

25 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR