Onlayn ictimai-siyasi qəzet
İsrail və Suriya nümayəndə heyətləri mübahisəli məsələlərin 80 faizində razılıq əldə edib.
Musavat.com xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.
Məlumatda bildirilir ki, tərəflər təhlükəsizliklə bağlı qalan məsələləri isə Bakı və Parisdə müzakirə edəcəklər.
Əsas müzakirə mövzuları arasında 1974-cü il qüvvələrin ayrılması sazişinin bərpası və İsrail ordusunun Suriyanın cənubundan mümkün çıxarılması məsələsi dayanır.
Qeyd edək ki, İsrail və Suriya arasında Yom Kippur müharibəsinə son qoyan qüvvələrin ayrılması haqqında saziş 31 may 1974-cü ildə imzalanıb. Saziş çərçivəsində İsrail-Suriya sərhədləri üzrə ayrılma xətləri müəyyənləşdirilib və əsasən Suriyanın tərəfində yerləşən bufer zona yaradılıb.
Musavat.com
22 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ