İnsanlara hürriyət, millətlərə istiqlal!

Lukaşenko: "Ermənilər Azərbaycan torpaqlarını vaxtında qaytarsaydılar..."

Belarus prezidenti Aleksandr Lukaşenko, Bakı ilə İrəvan arasında münaqişənin sülh yolu ilə həlli variantlarını çoxdan təklif etdiyini söyləyib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə A.Lukaşenko Minskdə KTMT-nin baş katibi Stanislav Zas ilə görüşündə danışıb.

Onun sözlərinə görə, Ermənistan heç bir təkliflə razılaşmayıb və Azərbaycan prezidentinə güc tətbiqindən başqa çıxış yolu buraxmayıb. .

“Bir vaxtlar, məncə, biz yenidən KTMT-yə sədrlik edəndə mən bu məsələni qaldırmışdım. Mən İlham Əliyevin yanına getdim və onunla mehriban söhbət etdim.... Söhbət təxminən beş-altı rayondan gedirdi. Ermənilər özləri etiraf edirdilər ki, Qarabağ xaric, buralar bizim torpaq deyil. "Yaxşı, onu geri qaytarın!" Mən bunu təklif edəndə bu ərazilər geri qaytarılsaydı, müharibə olmazdı. İlham Əliyevin bu müharibəyə başlamaq üçün motivasiyası olmazdı. Rayonları geri versəydilər, bircə Qarabağın statusu məsələsi qalacaqdı. Onu da sakit rejimdə həll etmək olardı. Amma nə Serj Sarkisyan, nə də sonradan Nikol Paşinyan bununla razılaşmadı. Mən bu məsələni iki dəfə qaldırdım”, - deyə Lukaşenko bildirib.

Belarus prezidenti Azərbaycan dövlət başçısına münaqişənin həlli halında, Ermənistana sərmayə yatırmaq barədə düşünməyi də təklif etdiyini söyləyib.

Aleksandr Lukaşenonun sözlərinə görə, 10 il ərzində heç bir təklif həyata keçmədi. "Nə baş verdi. İlham Əliyevin güc tətbiq etməkdən başqa çarəsi yox idi. Belə davam etmək mümkün deyildi. Bir milyondan çox qaçqın gərginlik yaradırdı. Məsələ bundadır”, - deyə Lukaşenko bildirib.

Belarus rəhbəri bir daha Azərbaycan və Ermənistanı problemin sülh yolu ilə həllinə gəlməyə çağırıb. “Naxçıvana yol açılmalıdır. Dağlıq Qarabağda bu məsələ həll olunub. İndi hansısa dağda hüdud müəyyənləşdirməyə görə bir-birini öldürməyə ehtiyac yoxdur”,-deyə o, qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR