İnsanlara hürriyət, millətlərə istiqlal!

Lukaşenko Belarusun Ukraynadakı hərbi əməliyyatlarda iştirak etdiyini təsdiqləyib

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyanın Ukraynada başlatdığı təcavüzkar savaşda ölkəsinin müəyən dərəcədə iştirakını etiraf edib.

Musavat.com xəbər verir ki, bu barədə “BelTA” agentliyi məlumat yayıb.

Bununla belə, Lukaşeno həmin iştirakın yalnız yaralıların müalicəsi, qaçqınların qəbulu və münaqişənin Belarus ərazisinə keçməsinin qarşısını almaqla bağlı tədbirlərlə məhdudlaşdığını söyləyib.

"Amma biz heç kimi öldürmürük. Hərbçilərimizi heç yerə göndərmirik. Biz öhdəliklərimizi pozmuruq", - deyə, o, bildilrib.

Xatırladaq ki, müharibənin əvvəlində Belarus ərazisi Rusiya ordusu tərəfindən Ukraynaya müdaxilə üçün istifadə olunurdu. Belarus ərazisindən Ukraynadakı obyektlərə onlarla raket buraxılışları həyata keçirilib.

Aleksandr Lukaşenko həmçinin Belarusda səfərbərliyin planlaşdırılmadığını deyib və Rusiyada aparılan səfərbərliyi tənqid edib. "Biz məsələnin mahiyyətinə varmayacağıq – kimlərin necə səfərbər olacağı Rusiya Federasiyasının işidir. Amma çağırış vərəqələri göndəriləndə bəzi insanların ya öldüyü, ya yerlərində olmadığı, ya da qaçdıqları ortaya çıxıb...Bu, bizim üçün bir dərsdir", - deyə o, hərbi təhlükəsizliklə bağlı keçirilən iclasda söyləyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR