İnsanlara hürriyət, millətlərə istiqlal!

Lukaşenko 29 siyasi məhbusu əfv etdi

Belarus prezidenti Aleksandr Lukaşenko 29 siyasi məhbusu əfv edib. 

Musavat.com xəbər verir ki, bu barədə Belarus Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Əfv edilənlərdən 11-i qadın, 18-i kişidir. Onların əksəriyyətinin xroniki xəstəlikləri və əlillikləri olduğu bildirilir.

Məlumata görə, əfv üçün müraciət edənlərin hamısı etdikləri əməllərdən peşman olduqlarını bildiriblər. Bu, prezidentə yaxın olan "Pervogo Pula" Telegram kanalında da vurğulanıb.

Qeyd edək ki, Belarus hakimiyyəti son dövrlərdə ekstremizmə qarşı mübarizəni prioritet elan edib. Bu qərar ölkədə siyasi vəziyyətin nisbətən yumşaldılması cəhdi kimi qiymətləndirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Fevral 2025

04 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR