Onlayn ictimai-siyasi qəzet
Kriminal aləmdə "Kürd Amo" kimi tanınan Əhməd Ərəbov Azərbaycanda öldürülüb.
Ə. Ərəbov Goranboy rayonunda xüsusi amansızlıqla qətlə yetirilib.
"Lotu Quli" ləqəbli kriminal avtoritet Nadir Səlifovun tərəfdarlarından olduğu deyilən Əhməd Ərəbovun ölümünə torpaq üstə mübahisə səbəb olub.
Məlumata görə, "Kürd Amo" ilə Goranboy rayon sakini T. Şamilov rayon ərazisində torpaq sahəsinə görə mübahisə edib. Mübahisədən bir müddət sonra T. Şamilovla Ə. Ərəbov rayon ərazisində qarşılaşıb. Onlar mübahisəni davam etdirərkən T. Şamilov idarə etdiyi avtomobillə Ə. Ərəbovu vurub. Bununla ürəyi soyumayan T. Şamilov idarə etdiyi avtomobillə, yaralı vəziyyətdə yerdə uzanan Ə. Ərəbovun üstündən bir neçə dəfə keçərək onu öldürüb. Hadisəni törədən sürücü ərazidən qaçıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis mayoru Eşqin Qasımov bildirib ki, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində qəza törədərək hadisə yerindən yayınan T. Şamilov saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir.|Metbuat.az
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ