İnsanlara hürriyət, millətlərə istiqlal!

Liviyanın ən böyük neft yatağında hasilat bərpa olunub

Liviya Milli Neft Korporasiyası (NOC) ölkənin ən böyük yataqlarından biri olan Əl-Şərarada fors-major vəziyyətin aradan qaldırıldığını və neft hasilatının bərpa olunduğunu elan edib.

Bu barədə NOC-un “Facebook” sosial şəbəkəsində dərc olunmuş bəyanatında deyilir.

Yanvarın 7-dən etibarən Əl-Şararada iki həftə ərzində fors-major qüvvədə olub və neft hasilatı təxminən üç həftə ərzində həyata keçirilməyib.

Liviyanın "Liviya əl-Əhrar" telekanalı neft hasilatının bərpasının yerli sakinlərin yatağı tərk etməyə razılaşması sayəsində mümkün olduğunu bildirib. Yanvarın əvvəlində Əl-Şarara ərazisini bağlayan ölkənin cənub-qərbindəki Fezzan bölgəsinin sakinləri NOC-un rəhbəri Fərhat Benqdarla görüşdüklərini və onun etirazçıların irəli sürdüyü tələbləri yerinə yetirməyə razılaşdığını elan ediblər.

Xatırladaq ki, yanvarın 3-də Reuters agentliyi iki mənbəyə istinadən yatağın bilavasitə yaxınlığında yaşayan qəbilələrin nümayəndələrinin geniş etiraz aksiyalarına başladığını və bunun Əl-Şararada neft hasilatının tamamilə dayandırılmasına səbəb olduğuna dair məlumat yayıb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR