İnsanlara hürriyət, millətlərə istiqlal!

“Livan qazancı olmayacaq müharibəyə sürüklənir” - İsrail mediası

İsrail ordusunun rəhbərliyi hesab edir ki, İranın himayə etdiyi “Hizbullah” qruplaşması Livanı müharibəyə sürükləyir.

Musavat.com xəbər verir ki, bu barədə İsrail ordusunun ehtiyatda olan mətbuat katibi Conatan Konrikus “The Times of Israel” qəzetinə istinadən məlumat verib.

“Hizbullah Livanı qazanacağı və itirəcəyi çox şey olmayan müharibəyə sürükləyir. Onlar vəziyyəti gərginləşdirirlər”, - deyə Konrikus xəbərdarlıq edib.

O, qrupun "çox, çox təhlükəli oyun" oynadığını söyləyib. Mətbuat katibinin sözlərinə görə, “Hizbullah”ın hücumları hər gün daha tez-tez baş verir. O, Livan hakimiyyətini ərəb dövlətinin “Qəzza zolağındakı terrorçular naminə” öz rifah və suverenliyini təhlükə altına atmağa hazır olub-olmaması barədə düşünməyə dəvət edib.

Bundan əvvəl İsrailin müdafiə naziri Yoav Qalant xəbərdarlıq edib ki, “Hizbullah” Təl-Əvivə qarşı döyüşlərə qoşulduğu üçün bədəl ödəyəcək. Qalant əlavə edib ki, İsrail ordusu Fələstinin HƏMAS hərəkatı ilə münaqişə zamanı lazım olan yerdə hərəkətə keçəcək və qalib gələcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR