Onlayn ictimai-siyasi qəzet
Aparıcı Ece Erken və müğənni Sinan Akçılın eşqi qısa çəkib.
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, 5 gün öncə eşqlərini elan edən cütlük ötən gün münasibətlərinə son qoyub.
Sinan Akçıl açıqlamasında bəzi fikir ayrılıqlarına görə ayrıldıqlarını bildirib.
Ece Erken isə onu yalanlayaraq münasibəti özünün sonlandırdığını bu sözlərlə elan edib:
"Əhvalımı pozan, məni sıxan hər hansı bir hadisənin içində olmaq, mənə yaraşmayan insanların yanında qalmaq istəmirəm. Xaosdan, şərdən, ajiotajdan çox yorulmuşam. Yaşasın təklik, yaşasın sakitlik".
Könül
Musavat.com
08 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ