İnsanlara hürriyət, millətlərə istiqlal!

Litzenberger: “ABŞ Azərbaycanda sabitlikdə maraqlıdır, onun pozulmasında yox”

ABŞ-ın Azərbaycanda sabitliyi pozmağa çalışması barədə fikir, yumşaq desək, əsassızdır. Belə informasiya Azərbaycanın Qərb dövlətləri, ilk növbədə ABŞ ilə yaxınlaşmasını və əməkdaşlıq etməsini istəməyən yerdən gələ bilər. Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqe Turan-ın “Niyə Bakıda hesab edirlər ki, Qərb sabitliyi pozmaq, rəngli inqilab təşkil etmək istəyir və bu məqsədlə müxalifəti və Azərbaycan hökumətinin tənqidçilərini maliyyələşdirir” sualının cavabında bildirib.

“Bu cür iddialar həqiqətəuyğun olmadığı üçün baş tutmadı. Azərbaycanın enerji ehtiyatlarının inkişafı üçün iqtisadi və siyasi investisiyaların həcminə nəzər salsaq, görərik ki, biz sülh və sabitlikdə maraqlıyıq. 90-cı illərin əvvəlindən biz Azərbaycana 1,5 milyard dollardan çox investisiya qoymuşuq. Qərb üçün belə mühüm enerji resursları təchizatçısı olan ölkədə niyə sabitliyi pozaq? Bunun heç bir mənası yoxdur”, - səfir vurğulayıb.

“Ola bilsin ki, bu fikir ABŞ-ın fundamental azadlıqlara hörmət etmək çağırışından yaranıb. Rəsmi şəxslərlə çoxsaylı görüşlərdə qeyd etmişik ki, söz və sərbəst toplaşma azadlığı kimi fundamental hüquqların qorunması vəziyyəti sabitləşdirməyə kömək edir, onu pozmağa yox. Regionda sabitliyə təhlükə ABŞ yox, məhz Rusiyanın Ukraynaya qarşı təcavüzüdür”, - Litzenberger deyib/turan.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR