İnsanlara hürriyət, millətlərə istiqlal!

Litva və Estoniya BMT sazişindən çıxdı

Litva və Estoniya piyada əleyhinə minaların qadağan olunması haqqında Konvensiyadan çıxmaları barədə BMT-ni məlumatlandırıblar.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Litvanın Milli Təhlükəsizlik üzrə naziri Kestutis Budris bununla bağlı xüsusi açıqlama verib. “Litva “heç bir illüziya bəsləmir: Putin Rusiyası Avropa üçün uzunmüddətli və ən böyük ekzistensial təhdiddir”, buna görə də ölkə “öz müdafiəsini təmin etmək üçün zəruri bütün addımları atacaq”,-deyə o qeyd edib.

Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsi bizə göstərdi ki, özümüzü daha yaxşı müdafiə etmək üçün, düşmənin əməl etmədiyi silah məhdudiyyətlərini birtərəfli şəkildə tətbiq etməməliyik”, -deyə Estoniyanın xarici işlər naziri Margus Tsaxna bildirib.

BMT-yə verilən bildirişdən sonra, bu ölkələr Ottava Konvensiyasından altı ay sonra rəsmən çıxmış sayılacaq. Bu qərardan əvvəl Latviya, Finlandiya və Polşa da eyni addımı ataraq Konvensiyanı tərk etmişdilər.

Ottava Konvensiyası piyada əleyhinə minaların hazırlanmasını, istifadəsini, saxlanmasını və ötürülməsini qadağan edir. Konvensiya iştirakçı dövlətlərə həmçinin bu tip istiqamətsiz minaların bütün ehtiyatlarını məhv etmək öhdəliyi qoyur. Baltikyanı və Şimali Avropa ölkələrinin bu qərarı, Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünün suveren dövlətlərin ərazi bütövlüyünü və beynəlxalq hüququ pozduğunu göstərməsi ilə əsaslandırılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR