İnsanlara hürriyət, millətlərə istiqlal!

Litva Ukraynaya 40 zenit silahı və iki helikopter verəcək

Litva Ukraynaya 40 zenit silahı və iki helikopter verəcək.

“Report” xəbər verir ki, bu barədə Litvanın müdafiə naziri Arvidas Anusauskas tviterdə bildirib.

Nazir qeyd edib ki, yeni yardım paketinə zenit silahları, döyüş sursatı və iki "Mi-8" helikopteri daxildir. Paketin dəyəri 125 milyon avrodur.

Litva İsveçin "Bofors" konserninin istehsalı olan L-70 avtomatik zenit silahlarını və sovet istehsalı olan helikopterləri Ukraynaya təhvil verəcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR