İnsanlara hürriyət, millətlərə istiqlal!

Litva müdafiə xərclərini ÜDM-in 3 faizinə çatdırdı

Litva ilk dəfə olaraq müdafiə xərclərini ümumi daxili məhsulun (ÜDM) 3 faizi səviyyəsinə çatdırıb.

Musavat.com xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin iclasından sonra ölkənin müdafiə naziri Laurinas Kasciunas jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bu səviyyəyə çatmaq Nazirlər Kabinetinin 2024-cü ildə Müdafiə Nazirliyi sisteminə əlavə 136 milyon avro ayrılması barədə qərar qəbul etdikdən sonra mümkün olub:

“Biz 3 faiz klubunun üzvü olduq, yəni müdafiə ehtiyaclarını belə həcmdə maliyyələşdirən altıncı NATO ölkəsi olduq ”.

Əlavə vəsaitdən orta mənzilli hava hücumundan müdafiə sistemlərinin alınması üçün 51 milyon avro, qısa mənzilli hava hücumundan müdafiə sistemləri üçün 45 milyon avro və ordunu yeni piyada döyüş maşınları ilə təchiz etmək layihəsinin tamamlanması üçün 40 milyon avro avans ödənişlərinə yönəldiləcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR