İnsanlara hürriyət, millətlərə istiqlal!

Litva Mərkəzi Asiyadan olan miqrantları qəbul etməyəcək

Litvanın baş naziri Gintautas Paluckas bildirib ki, ölkə miqrasiya siyasətinə yenidən baxmaq və “mədəni cəhətdən yaxın” ölkələrdən işçiləri cəlb etmək niyyətindədir.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, o, bu barədə prezidentlə görüşdən sonra Dövlət Təhlükəsizliyi Departamentinin rəhbərinin Mərkəzi Asiya ölkələrinin on nəfərə yaxın vətəndaşının terrorçularla əlaqədə şübhəli bilinərək Litvaya buraxılmaması barədə sözlərini şərh edərkən bildirib.

Paluckas vurğulayıb ki, müəyyən bölgələrdən, xüsusən də Mərkəzi və Cənubi Asiyadan olan miqrantlar radikallaşmaya potensial olaraq həssasdırlar. Ona görə də onun fikrincə, Litva mədəniyyət baxımından daha yaxın olan ölkələrdə ixtisaslı işçilər axtarmalıdır.

O, həmçinin qeyd edib ki, mövcud viza mərkəzləri heç də həmişə mədəni yaxınlıq amilini nəzərə almır və immiqrasiya siyasətinə yenidən baxılarkən bu nəzərə alınacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR