İnsanlara hürriyət, millətlərə istiqlal!

Litva ianə hesabına Ukrayna üçün 16 radar alıb

Litva əhalinin və biznes nümayəndələrinin ianə etdiyi 14 milyon avroya Ukrayna üçün 16 radar alıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə maliyyə toplama kampaniyasının təşkilatçılarından biri Yonas Oxmanas məlumat verib.

“İsrail istehsalı olan 14 radar alınmalı idi. Bir komplektin qiyməti 1 milyon avrodur. Amma Ukrayna hərbçiləri ilə məsləhətləşmələrdən sonra plan onların istəyinə uyğun olaraq korrektə edilib”, - o deyib.

Y.Oxmanasın sözlərinə görə, texnikanın bir hissəsi artıq göndərilib və yoldadır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR