İnsanlara hürriyət, millətlərə istiqlal!

Lindsi Qrem: “Əgər Putin Tramp ilə oynayırsa, buna görə peşman olacaq”

Musavat.com xəbər verir ki, ABŞ senatoru, respublikaçı Lindsi Qrem CBS News-a müsahibəsində ümid etdiyini bildirib ki, Donald Tramp Rusiya Prezidenti Vladimir Putini Ukrayna ilə sülh danışıqlarına razı salacaq və müharibəni dayandıracaq bir razılaşma tapmağa nail olacaq.

“Bunu heç vaxt bilməzsən, ta ki, sınayana qədər. Və planetdə bunu bacaracaq yeganə insan Trampdır. Əgər Putin Tramp ilə oynayırsa, buna görə peşman olacaq”, – deyə senator vurğulayıb.

Qremin sözlərinə görə, Tramp əvvəllər Ukraynanı danışıqlar masasına oturtmaq üçün sərt addımlar atıb və bu, nəticə verib. O, həmçinin Tramp administrasiyasına çağırış edərək, Putindən soruşmağı tövsiyə edib ki, o, Ukrayna ilə eyni şərtlərlə atəşkəsə razıdırmı, yoxsa yox.

“Əgər razı deyilsə, maksimum təzyiq siyasətinə qayıdın. Mənim bir qanun layihəm var və bu, Senatda böyük səs çoxluğu ilə qəbul olunacaq. Əgər lazım gələrsə, irəliləməyə hazıram və bu, Rusiya iqtisadiyyatını məhv edəcək”, – deyə senator əlavə edib. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Mart 2025

16 Mart 2025

BÜTÜN XƏBƏRLƏR