İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan və Albaniya məhkəmə-hüquq şuraları əməkdaşlıq edəcək

Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin 20 illiyinə həsr olunmuş beynəlxalq konfrans çərçivəsində ölkəmizdə səfərdə olan Albaniya Respublikasının Ali Məhkəmə Şurasının sədri İlir Rusi Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimovla görüşüb.

Musavat.com xəbər verir ki, görüşdə Azərbaycan ilə Albaniya arasında əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb, məhkəmə-hüquq sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub. Bu məqsədlə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası və Albaniya Respublikasının Ali Məhkəmə Şurası arasında Anlaşma Memorandumu imzalanıb.

Memorandum qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli əməkdaşlığın qurulması, bilik və təcrübə mübadiləsinin aparılması, həmçinin tərəflərin institusional potensialının gücləndirilməsi məqsədini daşıyır.

Beynəlxalq konfrans çərçivəsində həmçinin, İnam Kərimov Sloveniya Respublikasının Məhkəmə-Hüquq Şurasının sədri xanım Urška Kežmah və Slovakiya Respublikasının Məhkəmə Şurasının üzvü xanım Dana Jelinkova Dudzikova ilə də ikitərəfli görüşlər keçirib.

Görüşlər zamanı məhkəmə-hüquq sahəsində təcrübə mübadiləsi və qarşılıqlı əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR