İnsanlara hürriyət, millətlərə istiqlal!

Milyarder Araz Ağalarovun ilk maşını! Emin Ağalarov: "Anam bu maşını sürəndə mən arxada..." - VİDEO

Xalq artisti, tanınmış iş adamı Emin Ağalarov sosial şəbəkələrdə paylaşdığı yeni nostalji görüntülərlə diqqət çəkib.

Musavat.com xəbər verir ki, o, bu dəfə atasının – milyarder Araz Ağalarovun ilk avtomobili olan “Moskviç 412” markalı maşını nümayiş etdirib.

Emin Ağalarovun sözlərinə görə, bu avtomobil bir vaxtlar atasına məxsus olub. Sonradan isə onu anası idarə edib və o dövrdə Bakıda maşın sürən azsaylı qadınlardan biri sayılıb.

Emin paylaşımında bildirib: “Anam bu maşını sürəndə, mən arxada oturacaqda əyləşirdim, pəncərənin qarşısında dayanardım…”

Sözügedən videoda həmin dövrə aid nadir görüntülər də yer alıb. Araz Ağalarovun və həyat yoldaşının gənclik fotoları, eləcə də körpə yaşlarında olan Eminin maşının üzərində çəkilmiş şəkli videoya montaj olunub.

Musavat.com həmin maraqlı görüntünü və Emin Ağalarovun video açıqlamasını oxuculara təqdim edir:

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR