İnsanlara hürriyət, millətlərə istiqlal!

Leyla Abdullayeva bir qrup diplomatla görüşüb

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bir qrup xarici diplomatla görüşüb.

Musavat.com xəbər verir ki, bu barədə XİN-in sözçüsü tviterdə yazıb.

“Əcnəbi diplomatlar üçün təkmilləşmiş xarici xidmət proqramında (AFSP 2022) iştirak edən bir qrup xarici diplomatla görüşməkdən çox məmnunam. Təlimin birgə təşkilinə görə Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi və ADA Universitetinə, həmçinin fəal iştiraklarına görə xarici diplomatlara təşəkkür edirəm”, - o bildirib.

Qeyd olunub ki, tədbirdə Azərbaycan diplomatları ilə Albaniya, Burundi, Konqo, Rumıniya, Qabon, Macarıstan, Qazaxıstan, Mərakeş, Paraqvay, Şri-Lankadan olan nümayəndələr də iştirak edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR