Onlayn ictimai-siyasi qəzet
İyulun 4-də Böyük Britaniyada keçirilən Parlament seçkilərində Leyboristlər partiyası qələbə qazanıb.
AZƏRTAC xəbər verir ki, bəzi seçki dairələrinin nəticələri hələ tam açıqlanmasa da, Leyboristlər Partiyası artıq parlamentdə hökuməti qurmaq üçün lazım olan çoxluğu toplaya bilib.
Keir Starmerin liderlik etdiyi partiya indiyədək parlamentdəki 650 nəfərlik yerdən 392-sini qazanıb. Mühafizəkarlar Partiyası isə 101 yerə sahibdir. Liberal Demokratlar isə 60 nəfərlik yerə yiyələnib. 58 seçki dairəsinin nəticəsi hələ açıqlanmayıb.
Baş nazir Rişi Sunak məğlubiyyətini etiraf edərək, Leyboristlər Partiyasının ümumi seçkilərdə qalib gəldiyini açıqlayıb. O deyib ki, Keir Starmerə zəng edərək onun qələbəsi münasibətilə təbrik edib.
Ölkənin yeni Baş naziri olacaq Keir Starmer isə tərəfdarlarına qısa mesaj ünvanlayıb: "Biz bunu etdik, siz bunun üçün kampaniya apardınız, bunun üçün mübarizə apardınız, səs verdiniz və indi o an gəlib çatdı, dəyişiklik indi başlayır".
Qeyd edək ki, parlamentdə üstünlük qazanmaq üçün partiyaya ən azı 326 yer lazım idi.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ