Onlayn ictimai-siyasi qəzet
Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1993-cü ildə erməni milli hərəkatının hərbi qolu olan “Yerpaka” üzvləri qarşısında etdiyi çıxışında səsləndirdiyi fikirlər, onun “demokrat” imicinin nə qədər yanlış olduğunu bir daha ortaya qoyur.
Ter-Petrosyanın açıqlamaları ermənilərin planlı şəkildə Azərbaycan əhalisinə qarşı həyata keçirdiyi sistemli etnik təmizləmə siyasətini təsdiqləyir.
Ter-Petrosyan çıxışında açıq şəkildə bildirib:
“Biz Ermənistanı azərbaycanlılardan təmizlədik, Artsaxı təmizlədik. Erməni xalqının son 600 ildə edə bilmədiyini siz etdiniz.”
Musavat.com sitatın davamını təqdim edir: "Biz Ermənistanı təmizlədik azərbaycanlılardan, biz Artsaxı təmizlədik. Erməni xalqının son 600 ildə edə bilmədiyini siz etdiniz ( könüllü hərbi dəstələri nəzərdə tutur) .
Biz Ermənistanı azərbaycanlılardan ona görə təmizlədik ki, onlar bizə hədəflərimizə çatmağa əngəl olacaqdılar. 170 min azərbaycanlı 3 rayonda çoxluq təşkil edirdilər. Zəngəzur boyu da çoxsaylı idilər. Biz onları təmizləməsəydik həmin bölgələrdə problemlər yaşayacaqdıq, SSRİ dağılan kimi.
Azərbaycanda Dağlıq Qarabağdan kənarda yaşayan 300 min ermənilərin köçüb Ermənistana gəlməsi də bizə lazım idi. Onlar orada qalsaydılar Azərbaycan girov kimi onlardan bizə qarşı istifadə edib tarixi missiyamızı gerçəkləşdirməyə qoymayacaqdılar.
Üstəlik, bununla biz demoqrafik problemimizi həll etdik.
Etnik təmizləmə və məkrli planların etirafı
Ter-Petrosyanın dedikləri, Ermənistanın Azərbaycan və Türkiyəyə qarşı apardığı etnik təmizləmə siyasətinin necə planlı şəkildə həyata keçirildiyini ortaya qoyur. O, azərbaycanlıların Ermənistan və Zəngəzurdan qovulmasını, SSRİ-nin dağılmasından sonra ermənilərin “problemlər yaşamasını” önləmək məqsədilə etdiklərini etiraf edir. Eyni zamanda, Azərbaycanın müxtəlif bölgələrində yaşayan ermənilərin Ermənistana köçürülməsini “Azərbaycanın girov kimi istifadə etməsinin” qarşısını almaq üçün vacib bir addım kimi göstərir.
Bu çıxış, təkcə Ermənistandakı etnik təmizləmənin arxasında duran sistemli planları deyil, həm də Qarabağ münaqişəsi zamanı Ermənistanın bölgədə apardığı işğalçı siyasətin mahiyyətini bir daha təsdiqləyir.
Ter-Petrosyan təkcə Ermənistanın deyil, bütün ermənilərin tarixində ən təhlükəli liderlərdən biridir. Onun Azərbaycana qarşı həyata keçirdiyi təxribatlar və millətçi planlar Sumqayıt hadisələrindən tutmuş, Azərbaycanın müxtəlif bölgələrində baş verən "poqrom"lar və etnik qırğınlarla nəticələnmişdir. Özünü “demokrat” kimi təqdim etməyə çalışan bu şəxs, əslində adi qatildir və antitürk siyasətinin ən bariz nümayəndəsidir.
Musavat.com Levon Ter-Petrosyanın bu çıxışından video parçanı təqdim edir. Onun səsləndirdiyi fikirlər Ermənistanın regionda apardığı siyasətin mahiyyətini və niyyətini bir daha üzə çıxarır.
Mənbə: https://www.youtube.com/watch?v=JR4yhACAICE&ab_channel=AlbertIsakov
Musavat.com
06 Yanvar 2025
05 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ