Onlayn ictimai-siyasi qəzet
Ermənistanın Rusiyadan ayrılması Türkiyənin bu ölkədə təsirinin artmasına gətirib çıxaracaq ki, bu da İrəvan üçün sərfəli ola bilməz.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər Ermənistan parlamentinin “Hayastan” fraksiyasından olan deputatı Levon Köçəryan tərəfindən səslənib.
Erməni deputatın sözlərinə görə, Rusiya, Türkiyə və İran Cənubi Qafqaz regionunda nüfuzlu oyunçular olub. Əgər Rusiya zorla çıxarılsa, onun yerini başqası tutacaq və çox güman ki, bu, Türkiyə olacaq.
Köçəryanın fikrincə, Paşinyan hakimiyyəti hələ də Ermənistan iqtisadiyyatının Rusiya ilə nə qədər bağlı olduğunu anlamır.
Musavat.com
30 Noyabr 2024
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ