İnsanlara hürriyət, millətlərə istiqlal!

Lətifə necə 33 kiloqram arıqlayıb?

"Tarixi musiqi etmək lazımdır, bir günlük yox. İndi çıxan mahnılar yaddımda qalmır, heç tarixdə də qalmayacaq. Elə musiqi hazırlamaq lazımdır ki, 15 il sonra da gündəm olsun. "Hədəf" illər sonra yenidən gündəmə gəldi. Bu mahnı məndən sonra da oxunacaq".

Bu sözləri müğənni Lətifə Soyuöz "RTV"yə açıqlamasında deyib. Sənətçi gündəmdə qala bilməyən mahnılardan danışıb:

"Yoluma daş qoyanlar, nədənsə vaz keçirtməyə çalışanlar olub. Mən yerimdəyəm, amma həmin adamlar yoxdur. Mənimlə savaşa bilərsən, yolumu kəsə bilərsən, hər zaman varam və olacağam da. Məndə küsüb, depressiya düşüb geri çəkilmək yoxdur. Bir az özümü və işlərimi mükəmməlləşdirmək üçün geri çəkilməli idim. İstədiyim yerdəyəm, ən gözəl musiqiçilər, aranjimançılarla çalışmışam. Dünyanın ən yaxşı musiqiçiləri ilə görüşmüşəm".

L.Soyuöz çəki itirməsi haqda sualları cavablandırıb:

"Bəziləri deyirdi arıqlama. Amma indi özümü daha yaxşı hiss edirəm. Özümü tapdım, həyatdan nə istədiyimi anladım. Bir çox dəyişikliklər yaşadım. Artıq 85-86 kiloqrama çatmışdım. Sağlamlıq problemlərim yaranmışdı. Başladım pəhriz, idman etməyə. İndi 53 kiloqramam".  (Axşam.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR