Onlayn ictimai-siyasi qəzet
Lənkəran rayonunun Viyən kəndində antibiotik iynəsi vurulan şəxs dünyasını dəyişib.
Məlumata görə, 1993-cü il təvəllüdlü kənd sakini İmran İqbal oğlu Məmmədov yüksək hərarət səbəbilə ev şəraitində müalicə olunub.
Yaxınlarının bildirdiyinə görə, qonşulardan biri ona antibiotik iynəsi vurub. İynədən sonra İ.Məmmədovun vəziyyəti qəfil pisləşib və dərhal təcili tibbi yardım çağırılıb. Hadisə yerinə gələn həkim briqadası onun artıq dünyasını dəyişdiyini müəyyən edib. Həkiməqədər ölüm faktı qeydə alınıb.
Qeyd edək ki, İmran Məmmədov əvvəllər yerli televiziya kanalında operator kimi çalışıb. Kanal ilə müqaviləsi başa çatdıqdan sonra o, əsasən toylarda çəkiliş fəaliyyəti ilə məşğul olurdu. Bildirilir ki, bu gün də o, şadlıq saraylarının birində toy məclisini çəkəcəkdi.
Faktla bağlı araşdırma aparılır.//APA
13 Aprel 2025
12 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ