İnsanlara hürriyət, millətlərə istiqlal!

Lənkəran və Zaqatala hərbi prokuroru vəzifələrinə TƏYİNAT

Zaqatala hərbi prokuroru Əli-məmmədov Elşən Əli oğlu tutduğu vəzifədən azad olunub.

"Report"un əldə etdiyi məlumata görə, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, E.Əli-məmmədov Lənkəran hərbi prokuroru təyin edilib.

Bundan başqa, Baş prokurorun digər müvafiq əmri ilə Hərbi Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti Emin Quliyev tutduğu vəzifədən azad olunaraq Zaqatala hərbi prokuroru təyin edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR