Onlayn ictimai-siyasi qəzet
Azərbaycanda məhkum həbsdə ölüb.
Musavat.com bildirir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb.
Orada cəza çəkən məhkum İmran Ələkbər oğlu Quliyev dünyasını dəyişib.
Onun xəstəlikdən öldüyü bildirilir.
Qeyd edək ki, İmran Quliyev ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən 2011-ci ildə keçirilən əməliyyat nəticəsində həbs edilib.
Azərbaycanda narkobaron kimi tanınan İ.Quliyev transmilli mütəşəkkil cinayətkar dəstənin tərkibində ölkəyə külli miqdarda narkotik gətirib.
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ