Onlayn ictimai-siyasi qəzet
Rusiya Xarici İşlər Naziri Sergey Lavrov bildirib ki, Rusiya ilə Ukrayna arasında davam edən münaqişənin siyasi yollarla həlli üçün hazırlanan razılaşma layihəsi əsir mübadiləsi başa çatdıqdan dərhal sonra Ukrayna tərəfinə təqdim olunacaq.
Musavat.com xəbər verir ki, nazir qeyd edib ki, Moskva dayanıqlı razılaşmanın əldə olunması üçün konkret şərtləri əks etdirən sənəd üzərində fəal şəkildə çalışır.
Lavrovun sözlərinə görə, Rusiya, Ukraynanın Rusiya ərazisindəki mülki obyektlərə qarşı həyata keçirdiyi misilsiz hücumlara beynəlxalq ictimaiyyətin reaksiyasını gözləyir. O, bu hücumlara görə Böyük Britaniya, Fransa, Almaniya və Avropa İttifaqı rəhbərliyini məsuliyyət daşıyan tərəflər kimi qiymətləndirib.
Nazir onu da əlavə edib ki, Avropalılar Donald Trampı yenidən anti-Rusiya mövqeyinə qaytarmağa ümid etsələr də, bu cəhdlər uğursuz olacaq və məsuliyyətdən yayınmağa imkan verməyəcək. Rusiya isə bütün təxribatlara baxmayaraq, Ukrayna ilə razılaşma əldə olunması üçün zəruri şərtləri əhatə edən sənədlərin hazırlanmasını davam etdirəcək.
Lavrov həmçinin vurğulayıb ki, Rusiya və Ukrayna arasında əsir mübadiləsi məsələsində irəliləyiş var və “minə-min” prinsipi əsasında yeni siyahıların hazırlanması yekun mərhələyə daxil olub.
Toğrul İSMAYIL,
Musavat.com
24 May 2025
23 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ