İnsanlara hürriyət, millətlərə istiqlal!

Lavrov taxıl ixracı ilə bağlı danışıqlar aparmaq üçün Türkiyəyə səfər edib


Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyəyə iki günlük səfərə başlayıb. Səfər zamanı o, Ukraynadan taxıl ixracının bloklnmasının aradan qaldırılması ilə bağlı danışıqlar aparacaq.

Danışıqların diqqət mərkəzində Ukrayna taxılını daşıyan gəmilər üçün təhlükəsizlik dəhlizinin açılması məsələsi durur. Türkiyə Moskvanın hücumu ilə bağlanan Ukraynanın Qara dəniz limanlarından dəniz karvanlarını müşayiət etməyi təklif edib.

Lavrovun iyunun 7-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşü planlaşdırılıb. Türkiyənin müdafiə naziri Hulusi Akar taxıl ixracına icazə verilməsi ilə bağlı mümkün razılıqla bağlı "əhəmiyyətli irəliləyişin" müşahidə etdiyini deyib.

Akarın Anadolu dövlət xəbər agentliyi tərəfindən yayımlanan açıqlamaları Lavrovun gəlişindən bir neçə saat əvvələ təsadüf edib.

Rusiya fevralın 24-də müdaxiləyə başladıqdan sonra Ukrayna sahil ərazisinin böyük hissəsini ələ keçirib və ölkənin hərbi gəmiləri Qara dəniz və Azov dənizinə nəzarət edir.

Rusiya prezidenti Vladimir Putin keçən həftə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana Moskvanın dəniz nəqliyyatını azad etmək üçün Ankara ilə işləməyə hazır olduğunu bildirib.

Kremlin sözçüsü Dmitri Peskov iyunun 7-də jurnalistlərə deyib ki, Ukrayna taxıl ixracının həyata keçirilməsi üçün hələ də sahillərini minalardan təmizləməlidir.

"Bu, hərbçilərimiz tərəfindən onların heç bir silah daşımadığına əmin olmaq üçün yoxlanılan gəmilərə limanlara girməyə, taxıl yükləməyə və bizim köməyimizlə beynəlxalq sulara çıxmağa imkan verəcək" – deyə, o bildirib.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Azov dənizində Ukraynanın Rusiya qüvvələri tərəfindən ələ keçirilən iki böyük limanı olan Berdyansk və Mariupolun taxıl daşınmasını bərpa etməyə hazır olduğunu bildirib, lakin əlavə edib ki, Kyiv ixracın həyata keçirilməsi üçün hələ də limanları minalardan təmizləməlidir.

Ukraynanın əsas limanı olan Odessa bağlı olaraq qalır.

Rusiyanın Ukraynaya hücumu iki ölkədən buğda və digər məhsullaların tədarükünü dayandıraraq, dünya boyu ərzaq qıtlığı və aclıq riski ilə bağlı narahatlıqlara səbəb olub.//amerikaninsesi.org

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR