İnsanlara hürriyət, millətlərə istiqlal!

Lavrov: “Qərblə əvvəlki münasibətlər bərpa olunmayacaq”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qərblə əvvəlki kimi sıx münasibətlərin bir daha bərpa olunmayacağını bildirib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Lavrov buna görə bütün günahı kollektiv Qərbin, həm də ATƏT-in üzərinə qoyub. Onun sözlərinə görə, Avropa təhlükəsizliyi üzrə iş sahəsində Rusiya ilə Qərb arasında əvvəlki əlaqlərin bərpası mümkün deyil. Rusiya xarici işlər naziri yenə də hədələrindən əl çəkməyib.

“Aydındır ki, qonşuluqdan qaçmaq mümkün deyil. Qərb qonşularımız və keçmiş tərəfdaşlarımız birdən-birə Avropanın təhlükəsizliyi ilə bağlı birgə işin bərpasında maraqlı olarlarsa, o zaman bu alınmayacaq. Çünki bərpa əvvəl nə olubsa, yerinə gəlməsi deməkdir. Lakin biznes həmişə olduğu üzrə gedə blməz”, - deyə Lavrov cümə axşamı keçirdiyi mətbuat konfransında bildirib.

Onun bildirdiyinə görə, bu gün ATƏT və Qərbin hərəkətləri Rusiya Federasiyası ilə münasibətlərin necə olacağı, eləcə də ATƏT-in aqibətinin necə olacağı ilə bağlı çətin suallar yaradır. “Qərb başa düşsə ki, hansısa qarşılıqlı razılaşdırılmış təməllər əsasında birgə yaşamaq daha yaxşıdır, biz Qərbin təkliflərinə qulaq asacağıq . Bütün bunlar qarşılıqlı fəaliyyətin prinsipial olaraq yeni başlanğıcları olmalıdır”, - deyə Lavrov bildirib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR