İnsanlara hürriyət, millətlərə istiqlal!

Lavrov Putinin planını açıqladı: Rusiya ən böyük əməliyyata BAŞLAYIR - CANLI

Yaxın vaxtlarda Rusiya Federasiyasının Xarici Siyasət Konsepsiyasının yenilənmiş variantı Prezident tərəfindən təsdiqlənməlidir. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ərazi qurumlarının rəhbərləri - Rusiya Xarici İşlər Nazirliyinin subyektlərindəki nümayəndələri ilə görüşündə bildirib. O, Rusiya Federasiyasının müstəqil xarici siyasət kursunu həyata keçirməyə davam edəcəyini söyləyib.

Rusiya Ukrayna ilə sərhəd yaxınlığına hücum təyyarələri toplayır. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Çernyak məlumat yayıb.

Çernyak Rusiyanın həmin qırıcılardan strateji ərazilərin işğalı üçün başlayacaq əməliyyatda istifadə edəcəyini bildirib.
Krımın Ukraynaya qaytarılması mümkün deyil. Kremlin mətbuat katibi Dmitri Peskov belə bildirib. O, Krım yarımadasının Rusiyanın ayrılmaz hissəsi olduğunu diqqətə çatdırıb.

Əlavə edib ki, Rusiya Moldovanın Dnestryanı regionundakı vəziyyətdən narahatdır. O, Kremlin Dnestryanıdakı vəziyyəti diqqətlə izlədiyini və bundan narahat olduğunu söyləyib.

TVMusavat-ın bu gün saat 15:00-da canlı yayımlanan “Həftə içi” verilişində Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə ilə Ukrayna münaqişəsi, Vardanyanın işini itirməsi, ermənilərin Zəngəzur və Laçın yolu ilə bağlı yeni açıqlamalarını müzakirə edirik.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/@Musavattv

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

 


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR