Onlayn ictimai-siyasi qəzet
Rusiya xarici işlər naziri Sergey Lavrov pakistanlı həmkarı İshaq Dara Moskvanın Nyu-Deli və İslamabad arasında vəziyyətin nizamlanmasına yardım etməyə hazır olduğunu təsdiqləyib.
“Report” xəbər verir ki, bu barədə Rusiya xarici siyasət idarəsinin teleqram kanalında telefon danışığının nəticələrinə dair məlumatda deyilir.
“Xüsusi diqqət Nyu-Deli və İslamabad arasında gərginliyin əhəmiyyətli dərəcədə artmasına yönəldilib. Rusiya tərəfindən İslamabad və Nyu-Delinin qarşılıqlı istəyi olduğu təqdirdə, 22 aprel tarixində Pahalqam şəhəri yaxınlığında terror aktı nəticəsində yaranmış vəziyyətin siyasi nizamlanmasına yardım etməyə hazır olduğu vurğulanıb”, – nazirlikdən bildirilib.
Pakistanın qurumunda isə öz növbəsində qeyd ediblər ki, nazir İshaq Dar telefon danışığı zamanı Hindistanın əsassız ittihamlarını və Pakistana qarşı təhrikçi ritorikasını rədd edib, Nyu-Delinin Hind Suları Müqaviləsinin fəaliyyətini dayandırmaq üçün birtərəfli və qanunsuz addımını pisləyib ki, bu da onun beynəlxalq öhdəliklərinin pozulmasıdır.
“Pakistanın regional sülhə sadiqliyini təsdiqləyərək, nazir vurğulayıb ki, Pakistan öz suverenliyini və milli maraqlarını qətiyyətlə müdafiə edəcək. O həmçinin Pakistanın beynəlxalq, şəffaf və müstəqil araşdırma aparılması təklifini çatdırıb”, – Pakistan XİN-in mətbuat xidmətindən bildirilib.
05 May 2025
04 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ