İnsanlara hürriyət, millətlərə istiqlal!

Lavrov Hakan Fidanla taxıl sazişini müzakirə etdi

Rusiya və Türkiyə xarici işlər nazirləri Sergey Lavrovla Hakan Fidan arasında telefon danışığı olub.

"Report" xəbər verir ki, nazirlər Ukraynadakı vəziyyət, eləcə də İstanbul taxıl anlaşması barədə fikir mübadiləsi aparıblar.

İyulun 5-də Fidan bildirib ki, Ankara iyulun 17-də başa çatacaq taxıl müqaviləsinin uzadılmasının tərəfdarıdır. Onun sözlərinə görə, Türkiyə ən mühüm mövzular üzrə danışıqların aparılmasını təmin edə bilib, taxıl müqaviləsi sayəsində Türkiyə tərəfi Rusiya, Ukrayna və BMT-ni danışıqlar masası arxasına keçirə bilib və bununla da qlobal ərzaq böhranının qarşısını alıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Sentyabr 2024

25 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR