İnsanlara hürriyət, millətlərə istiqlal!

Lavrov Cənubi Qafqaz üzrə “3+3” platformasından DANIŞDI

“Cənubi Qafqaz üzrə “3+3” formatında görüş hazırlanır, hazırda tarix və gündəm razılaşdırılır”.

Musavat.com xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqların yekunlarına dair mətbuat konfransında deyib.

“Biz həmçinin üç Cənubi Qafqaz respublikası və onların üç qonşusu - Rusiya, İran və Türkiyəni nəzərdə tutaraq “3+3” məsləhətçi-regional platformasının fəaliyyətindən danışdıq. Bu, vaxtilə Azərbaycan Prezidentinin təşəbbüsü olub və ilk görüş də keçirilib. İndi biz növbəti tədbir üçün konkret tarixi və gündəliyi razılaşdırırıq”, - deyə Rusiya XİN rəhbəri bildirib.

İrəvanla Bakı arasında münasibətlərin nizamlanması məsələsinə toxunan Lavrov bəyan edib ki, Rusiya, Ermənistan və Azərbaycan liderlərinin imzaladığı bəyanatlar bu prosesin əsasını təşkil edir. Onun sözlərinə görə, Ceyhun Bayramovla görüşdə üç ölkə başçısının imzaladığı üçtərəfli sənədlərə uyğun olaraq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı bütün məsələlər ətraflı müzakirə olunub.

Lavrova görə, burada fundamental məsələlərə dair qərar qəbul etmək çox vacibdir və bu mənada Azərbaycan və Ermənistan liderlərinin oktyabrın 6-da Praqada əldə etdikləri razılaşma əhəmiyyət kəsb edir. Həmin razılaşmada problemlərin BMT Nizamnaməsi və 1991-ci il tarixli Alma-Ata Bəyannaməsi əsasında həll olunması qeyd olunub.

Belə olan halda Lavrovun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyanın və Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyi ilə problemin həlli asanlaşacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR