İnsanlara hürriyət, millətlərə istiqlal!

Lavrov: “Cənubi Qafqaz üzrə “3+3” formatında ikinci görüş yaxın vaxtlarda baş tutacaq”

Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrov və Mövlud Çavuşoğlu Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasını müzakirə ediblər.

Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. “Biz Qafqazda 3+3 formatını, həmçinin Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılmasını müzakirə etdik. Bu məsələlərdə göstərdiyi dəstəyə görə Rusiyaya təşəkkür edirəm”, - Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri rusiyalı həmkarı ilə görüşdən sonra bildirib.

M.Çavuşoğlunun sözlərinə görə, Ankara hesab edir ki, xüsusilə Ermənistan və Azərbaycan arasında hərtərəfli sülh sazişinin imzalanması regionda sabitlik üçün vacibdir.

Qeyd edək ki, bundan əvvəl M.Çavuşoğlu ilə Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov arasında görüş olmuşdu.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR