İnsanlara hürriyət, millətlərə istiqlal!

Lavrov Avropa Komissiyasının prezidenti və Almaniyanın müdafiə nazirini təhqir etdi: Xəstə insanlar...

Rusiya və ABŞ “Şimal axını” məsələsini müzakirə edir.

Musavat.com xəbər verir ki, bu məlumatı Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Birinci Kanal"a müsahibəsində açıqlayıb.

Onun sözlərinə görə, Vaşinqtonun Avropaya təsirindən istifadə edib onu Rusiya qazından imtina etməməyə məcbur etsə, maraqlı olar: "İndi təbii ki, fikir ayrılıqları var. Amma Avropanın normal enerji təchizatının bərpasında maraqlı olmaq yalnız ABŞ və Rusiyanın marağıdırmı? Söhbət Şimal axınından gedir".

Lavrov deyib ki, Avropa biznesi hazırda enerjiyə Amerika biznesindən bir neçə dəfə çox pul ödəyir. Eyni zamanda Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen və Almaniyanın müdafiə naziri Boris Pistorius heç bir halda “Şimal axını”nın bərpasına imkan verməyəcəklərini bildirirlər. Lavrov onları təhqir edərək “xəstə insanlar” adlandırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Mart 2025

BÜTÜN XƏBƏRLƏR