İnsanlara hürriyət, millətlərə istiqlal!

Las-Veqasda terror törədən şəxsin mesajları üzə çıxdı-Trampa xüsusi simpatiya- ŞOK FAKTLAR

 

NBC News-un məlumatına görə, Las-Veqasda "Trump International" oteli yaxınlığında "Cybertruck" avtomobilində baş verən partlayışı törədən Metyu Livelsberqer ölümündən əvvəl telefonunda bir neçə mesaj buraxıb.

Musavat.com xəbər verir ki, birinci mesajında Livelsberqer ABŞ rəhbərliyini "zəif" və "öz şəxsi varlanması üçün çalışan" bir qurum adlandıraraq "oyanışa ehtiyac olduğunu" vurğulayıb.

İkinci mesajında isə o, hərəkətinin terror aktı olmadığını, əksinə, bir "oyanış çağırışı" olduğunu bildirib. Livelsberqer yazıb ki, "amerikalılar yalnız şou və zorakılığa diqqət ayırır" və bunun onun fikirlərini çatdırmağın ən yaxşı yolu olduğunu düşünür.

Livelsberqer həmçinin hərbi xidmət zamanı öldürdüyü insanlardan bəhs edib və "özünü bu yüklərdən azad etmək" istədiyini qeyd edib.

Eyni zamanda, "Reuters" xəbər verir ki, Livelsberqerin ABŞ-ın seçilmiş prezidenti Donald Trampa qarşı şəxsi qərəzi olmayıb. "FBI" onun posttravmatik stres sindromundan əziyyət çəkdiyini və bu hadisəyə ailə problemlərinin və şəxsi incikliklərin təsir edə biləcəyini bildirib.

Son məlumata görə, FBI "Trump International" oteli yaxınlığında baş verən partlayışın Yeni Orleandakı terror aktı ilə bağlı olmadığını təsdiqləyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR