İnsanlara hürriyət, millətlərə istiqlal!

Lalə Şövkətin siyasətə “liberal” qayıdışı - deputatlıq iddiası, yoxsa...

Seçki öncəsi yaranan “Qurucular hərəkatı”nın məqsədi nədir; politoloq: “Belə görünür ki, Lalə xanım öz ətrafını təşkilatlandırır, lakin...”

Mayın 28-də bir qrup siyasətçi və fəal “Qurucular hərəkatı”nın yaradıldığını elan ediblər. Təşkilatın təşəbbüskarı, müxalif siyasətçi Əvəz Temirxan "Turan"a bildirib ki, hərəkat əhalinin demokratik maarifləndirilməsi, vətəndaşların siyasi proseslərdə ictimai iştirakının artırılması, ölkədə azad seçkilər keçirilməsinə şərait yaradılması məqsədilə yaradılıb.

O deyib ki, hərəkatın yaradılmasının elan edilməsi Müstəqillik Gününə təsadüf edib, bu da təşkilatın təsisçilərinin Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920-ci illər) qurucularının ideyalarına sadiqliyini təcəssüm etdirir.

"Hərəkatın məqsədi demokratik Azərbaycan qurmaqdır. Hərəkata rəhbərlik kollektiv olacaq", - deyə o qeyd edib.

Temirxanın sözlərinə görə, yaxın günlərdə hərəkat qeydiyyat üçün sənədlərini Ədliyyə Nazirliyinə təqdim edəcək.

Əvəz Temirxan da prezidentliyə namizəd olmaq istəyir Yeni Sabah

Əvəz Temirxan

Qeyd edək ki, Əvəz Temirxan Lalə Şövkət Hacıyevanın qurucusu və lideri olduğu, ötən il ləğv edilmiş  Azərbaycan Liberal Partiyasının sədri idi. Partiya buraxıldıqdan sonra keçmiş ALP sədri  belə bir hərəkat yaratmasını sözsüz ki, Lalə Şövkətlə də razılaşdırıb. Bu həm də belə rəylər yaradır ki, parlament seçkiləri öncəsi Lalə Şövkət “düşərgəsinin” hərəkətlənməsi təsadüfi deyil. Böyük ehtimalla təşəbbüs elə Lalə xanımdan gəlib və o, parlament seçkilərində namizəd olmaq niyyətindədir. 

Bütün hallarda uzun müddətdir siyasi susqunluq nümayiş etdirən Lalə Şövkətin yaxın ətrafının, keçmiş partiyasının sədrinin hərəkat yaratması bu düşüncəni formalaşdırır. 

“Quruculuq hərəkatı”nın Lalə Şövkətin namizədliyini irəli sürəcəyi ehtimalı yüksəkdir. Bəs “Quruculuq hərəkatı”nın cəmiyyətdə qısa müddətdə uğur qazanması mümkünmü? Lalə Şövkət Hacıyeva parlament seçkilərinə qatılarsa, uğur qazanması inandırıcıdırmı? 

Bu, separatizmin sonu deməkdir" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

Məhəmməd Əsədullazadə

Milli Cəbhə Partiyasının sədr müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə “Yeni Müsavat”a bildirdi ki, ölkədə keçiriləcək növbəti parlament seçkiləri öncəsi siyasi hərəkatların yaradılması əslində normaldır və gözləniləndir. Bir qrup siyasətçinin bir araya gəlməsinə və yeni hərəkat yaradılmasına gəlincə, Əvəz Temirxanın prosesdə öndə olması məsələnin arxasında əslində Lalə Şövkətin dayandığı ehtimalını artırır: “Belə görünür ki, hörmətli Lalə xanım öz ətrafını təşkilatlandırır və hansısa mərhələ üçün hazırlıqlar görür. Amma ölkədəki indiki ictimai-siyasi durumda hərəkata ehtiyac görmürəm. 

Lalə Şövkət xanım seçkiyə namizəd olaraq gedə bilər. Onun seçkilərdə uğur qazanması ilk növbədə seçicilərin etimadından asılı olacaq, hansısa hərəkatdan deyil. Nəzərə alaq ki, uzun illərdir Lalə xanım siyasətdən uzaqlaşıb, ləğv edilən partiyasının qeydiyyatda olduğu son illərdə də hətta heç bir ciddi siyasi fəaliyyəti olmayıb, bu amillər onun şanslarını azaldır. İndi odu söndürüb külü ilə oynamağın çətin ki, faydası olsun.  Ümumiyyətlə, belə bir hərəkatlara cəmiyyətdə sifariş yoxdur. Lalə Şövkətin bundan sonra siyasətdə uğur qazanması da, məncə, mümkün deyil".

Partiya yetkilisi hesab edir ki, bu cür hərakatlar yaradılır, əhalinin siyasi maarifləndirilməsi məqsədilə yaradıldığı elan edilir, amma əslində faktiki öz siyasi məqsədləri üçün çalışırlar: “Yeni yaradıldığı elan edilən "Qurucular hərəkatı" da, hər halda, belə olacaq. Hesab edirəm ki, bu cür təşəbbüslər yalnız seçkilərə hesablanır. Seçkidən sonra da özlərini buraxır və siyasətçilər də kənara çəkilir. Bu baxımdan da hesab edirəm ki, yaradılan “Qurucular hərəkatı” da mövsümi xarakter daşıyır".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR