İnsanlara hürriyət, millətlərə istiqlal!

Laçındakı ermənilər Azərbaycanın bu kəndlərinə köçürülür

Laçın dəhlizinin yeni marşrutunun istifadə verilməsindən sonra Laçın şəhəri və Zabux kəndindən çıxarılacaq ermənilərin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə köçürülməsi planlaşdırılır.

Publika.az xəbər verir ki, Qarabağdakı separatçı-terrorçu rejim erməni əhalisini Şuşa rayonunun Böyük Qaladərəsi və Kiçik Qaladərəsi kəndlərinə yerləşdirmək haqda düşünür. Bu kəndlər Laçın dəhlizinin yeni marşrutunun üzərində yerləşir.

“İravunk” qəzeti yazır ki, hazırda Zabuxdakı ermənilərin bu ərazilərə köçürülməsi müzakirə edilir: “Böyük Qaladərəsində müharibədən əvvəl 187 nəfər erməni yaşayırdı, hazırda onlardan yalnız 80 nəfəri daimi yaşayır, ümumilikdə 26 təsərrüfat var. Kənddə təxminən 30-40 boş mənzil var və Zabuxdan gələnlər bura yerləşə bilərlər”.

Qəzet qeyd edir ki, Böyük və Kiçik Qaladərəsi kəndlərinin əsas problemi müharibədən sonra otlaq və əkin sahələrinin böyük hissəsindən məhrum olmalarıdır: “Yaxınlıqdakı təpədə Azərbaycan əsgərləri dayanır və bu, kənddə yaşamaq şərtlərini çətinləşdirir”.

Şuşanın Böyük Qaladərəsi kəndi

Bu informasiya Zabuxdakı ermənilərin yenidən Azərbaycan ərazisinə köçürülməsi planını təsdiq etdiyi kimi, köçürüləcəkləri ərazilərdə də şəraitin heç də müsbət olmadığını da göstərir. Qarabağdakı ermənilər üçün yeganə yol Azərbaycan vətəndaşlığı altında rahat yaşamaqdır, bunun alternativi ən yaxşı halda hazırda yaşadıqları vəziyyətdir, hərçənd, zaman keçdikcə şərait daha da çətinləşəcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR