İnsanlara hürriyət, millətlərə istiqlal!

Laçın sakini: "Üç ildə belə şəraitin qurulması bizə möcüzə kimi görünür"

"Üç il ərzində belə şəraitin qurulması bizə möcüzə kimi görünür. Bunu yalnız Azərbaycan Prezidenti İlham Əliyev, dövlətimiz edə bilərdi".

Musavat.com xəbər verir ki, bunları "Report"a açıqlamasında Laçın sakini İradə Hüseynova deyib.

O bildirib ki, bütün laçınlılar bu günü səbirsizliklə gözləyirdi: "Başda dövlətimizin başçısı İlham Əliyev olmaqla, bu işləri görən hər kəsə minnətdarlığımızı bildiririk. Şəhidlərimizin ruhu qarşısında baş əyirik. Bu günləri Ali Baş Komandanımıza, şəhidlərə borcluyuq".

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq bərpa edilən və yenidən qurulan Laçın şəhərinə məcburi köçkünlərin qayıdışı davam edir. İyunun 14-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı "Qobu park 3" yaşayış kompleksindən Laçına yola salınıb və daha 22 ailə - 72 nəfər doğma yurda dönüşün sevincini yaşayıb. Bundan əvvəl isə Laçın şəhərinə 20 ailə - 97 nəfər köçürülmüşdü.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR