Onlayn ictimai-siyasi qəzet
Musavat.com APA-ya istinadla xəbər verir ki, Rusiyada Səfərovlar ailəsinə qarşı baş verən hadisə insanlıqdan kənar qəddarlığın nümunəsinə çevrilib.
Yekaterinburqda FTX maskalıları səhər saat 5-də evin qapısını lomla qıraraq içəri girib. Vüqar Səfərov deyir:
“Anama sillə vurub qırağa atdılar. Mən, qardaşım və atamı yerə uzandırdılar. Elektroşokla, dubinka ilə, montirovka ilə döydülər. Evdəki stolları belimizdə sındırdılar. Sonra əllərimizi qandallayıb apardılar. Yolda bizi ‘Qazel’ə uzandırıb məcbur edirdilər ki, maşının içindəki palçığı yeyək. Yemədik, daha da döydülər. Bölmədə isə tok verib, remen, dubinka ilə döyməyə davam etdilər. Atam ürəyində stend olduğunu deyirdi, onlar isə təhqir edib ürəyinə tok verirdilər…”
Vüqar Səfərovun sözlərinə görə, işgəncələrdən sonra qardaşı Məhəmməd Səfərov və digər yaxınları ağır vəziyyətdə saxlanılıb, bəzi şəxslərin isə həyatını itirdiyi bildirilib.
Foto və videolarda Səfərovların bədənindəki dəhşətli işgəncə izləri açıq görünür.
Bu vəhşilik təkcə bir ailəyə qarşı deyil — bu, Rusiyada azərbaycanlılara və müsəlman icmasına açıq mesajdır: “Heç kim toxunulmaz deyil, istənilən an it yerinə qoyulub, tokla öldürülə bilərsiniz!”
29 Iyun 2025
28 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ