Onlayn ictimai-siyasi qəzet
Son illərdə sağlam qidalanma və təbii yollarla arıqlamaq istəyənlərin menyusunda tez-tez yer alan acı bibər təkcə damaq dadına təsir etməklə kifayətlənmir.
Elmi araşdırmalara görə, acı bibərin tərkibində olan kapsaisin maddəsi bədənin metabolik fəaliyyətini qısamüddətli olaraq sürətləndirə bilir.
Kapsaisin bədən temperaturunu artırmaqla və enerji sərfini sürətləndirməklə orqanizmin daha çox kalori yandırmasına səbəb olur. Məhz bu səbəbdən acı yeməklərin, xüsusilə də acı bibərin piy yandırma prosesində köməkçi ola biləcəyi düşünülür.
Bununla belə, mütəxəssislər bu təsirin məhdud və qısamüddətli olduğunu qeyd edirlər. Yəni təkcə acı yeməklə davamlı və sağlam arıqlamaq mümkün deyil. Kapsaisinin yaratdığı istilik effekti qısa müddətli olsa da, düzgün qidalanma və fiziki aktivliklə birlikdə istifadə edildikdə nəticələr daha effektiv ola bilər.
Acı yeməyin faydaları:
• Metabolik fəaliyyətin qısamüddətli artması
• İştahanın müvəqqəti azalması
• Enerji sərfinin bir qədər yüksəlməsi
Ancaq diqqətli olmaq şərtdir.
Acı bibərin faydaları olsa da, hər kəs üçün uyğun deyil. Mədə problemləri, reflü, qastrit və ya bağırsaq həssaslığı olan şəxslərdə acı yemək, əksinə, narahatlıq və sağlamlıq problemlərinə səbəb ola bilər. Həmçinin çox miqdarda acı qəbul etmək orqanizmə zərər verə bilər.
Qeyd edək ki, acı bibər metabolizmanı sürətləndirə bilən təbii vasitələrdən biridir. Lakin bu təsir təkbaşına arıqlamağa səbəb olmur. Sağlam kilo nəzarəti üçün balanslı qidalanma, idman və düzgün həyat tərzi əsas şərtdir. Acı bibər isə bu prosesdə yalnız kiçik, dəstəkçi bir rola malikdir. (Yenisabah.az)
29 Iyun 2025
28 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ