Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, Bakının Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə kanalizasiyaya düşən 27 yaşlı Cümşüd Cümşüdlünün meyiti tapılıb.
Onun işlədiyi SAB şirkəti sosial şəbəkə hesabında paylaşım edərək, Cümşüdün nümunəvi və məsuliyyəti əməkdaş olduğunu qeyd edib:
“Dərin hüznlə bildiririk ki, əməkdaşımız Cümşüd Cümşüdlü faciəvi şəkildə vəfat edib.
Onun vaxtsız itkisi bizi dərindən sarsıtdı. Hər zaman səmimiyyəti, məsuliyyəti və insanlığı ilə seçilən Cümşüd yaddaşımızda daim yaşayacaq.
Allah rəhmət eləsin, ruhu şad olsun”. (Qafqazinfo)
29 Iyun 2025
28 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ