Onlayn ictimai-siyasi qəzet
Çində insanların tətil dönüşündə olduğu vaxt böyük yol qəzası baş verib.
Musavat.com xəbər verir ki, axşam saatlarında buzlu və dumanlı hava şəraiti sürücülər üçün təhlükə yaradıb və nəticədə onlarla avtomobilin iştirakı ilə zəncirvari qəza qeydə alınıb.
Sosial şəbəkələrdə yayılan görüntülərdə bir-birinə çırpılan avtomobillər, zədələnmiş nəqliyyat vasitələri və hadisə yerində olan insanlar əks olunub. Qəzanın konkret baş verdiyi yer və xəsarət alanların olub-olmadığı barədə dəqiq məlumat yoxdur.
Ekspertlər yolun buz bağlamasının və görünüş məsafəsinin aşağı olmasının bu qəzanın əsas səbəbləri arasında olduğunu bildirirlər. Çin hakimiyyəti hadisə ilə bağlı araşdırma aparır və sürücülərə hava şəraitini nəzərə alaraq ehtiyatlı olmaları tövsiyə edilir.
Musavat.com
05 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ