İnsanlara hürriyət, millətlərə istiqlal!

“Kütləvi tədbirlərdə tibbi maska rejimi tətbiq olunsun” – Həkimdən TƏKLİF

Sankt-Peterburqda kütləvi tədbirlərdə iştirak üçün maska rejimi tətbiq edilib. Söhbət Sankt-Peterburqda keçiriləcək Yeni il, mədəni və idman tədbirlərindən gedir. Ölkəmizdə də son günlər insanlar arasında öskürək, qızdırma, burun tıxanıqlığı, boğaz ağrısı ilə müşahidə edilən virus mənşəli xəstəlik yayılıb. Bununla yanaşı, son aylar qızılca xəstəliyinə yoluxanların da sayı ötən illərlə müqayisədə artıb.

Hazırkı vəziyyətdə bizdə də virusların yayılmaması üçün bu cür addımlar, yəni kütləvi yerlərdə tibbi maskadan istifadəyə qərar verilə bilərmi?

Musavat.com xəbər verir ki, mövzuya münasibət bildirən tibb sahəsi üzrə mütəxəssis Adil Qeybulla bizim.media-ya deyib ki, qışda tibbi maska taxılmasını bir mədəniyyət nümunəsinə çevirmək lazımdır:

"Hər bir yapon boğazı ağrıdıqda, hərarəti olduqda, özündə hansısa zəiflik hiss etdikdə maska taxıb bayıra çıxır ki, ən azı ətrafdakıları qorusun. Ümumiyyətlə, maska taxmaqdan çəkinmək lazım deyil. Təəssüflər olsun ki, çox adam maskaya indiyə qədər antipatiya bəsləməkdə və bunu təbliğ etməkdədir.

Amma maska bizi təsadüfi yoluxmalardan qoruyur, kimsə asqırdıqda, öskürdükdə havaya düşən virus damcılarının nəfəs yollarına düşməsinin qarşısını alır. Bütün bunları nəzərə alsaq, əlbəttə, kütləvi tədbirlərdə maska taxmaq daha məqsədə uyğun olardı".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR