Onlayn ictimai-siyasi qəzet
Məşhur türkiyəli rejissor Osman Sınav 69 yaşında dünyasını dəyişib.
Musavat.com NTV-yə istinadən xəbər verir ki, o uzun müddətdir xərçəng xəstəliyi ilə mübarizə aparırdı.
Osman Sınav kimdir?
Karyerası boyunca bir çox unudulmaz ekran əsərlərinə imza atan Osman Sınav "Deli Yürek", "Ekmek Teknesi", "Kurtlar Vadisi", "Sakarya Fırat" və "Sen Anlat Karadeniz" kimi uğurlu ekran işlərinin rejissoru olub.
1956-cı ildə Burdurda anadan olan rejissor İstanbul Dövlət Gözəl Sənətlər Akademiyasının Rəssamlıq fakültəsini bitirib. Daha sonra İstanbul Dövlət Gözəl Sənətlər Akademiyasının Kino və Televiziya İnstitutunda təhsil alıb və bir müddət reklam agentliklərində mətn yazarı kimi fəaliyyət göstərib.
O, "Bir Muharririn Ölümü", "Hünkarın Bir Günü", "Yalancı Şafak" və "Küçük Dünya" kimi layihələrin rejissorluğunu edib. 1993-cü ildə çəkdiyi "Süper Baba" serialı ilə böyük şöhrət qazanıb.
Musavat.com
21 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ