İnsanlara hürriyət, millətlərə istiqlal!

Müxalifətdən Vaşinqton görüşü ilə bağlı Paşinyana SƏRT İTTİHAM

"Ermənistan" fraksiyası 8 avqustda ABŞ və Azərbaycanla keçirilən üçtərəfli görüşdə baş nazir Nikol Paşinyanın üzərinə götürdüyü öhdəlikləri sərt şəkildə tənqid edən bəyanat yayıb. 

Musavat.сom xəbər verir ki, müxalifətin sözlərinə görə, imzalanan sənədlər Azərbaycanın Ermənistan ərazisi vasitəsilə dəhliz əldə etməsinə maneəsiz imkan yaradır ki, bu da ölkənin suverenliyinə təhlükədir.

Fraksiya qeyd edir ki, "real sabitlik yalnız xalqların öz müqəddəratını təyinetmə hüququna hörmət, beynəlxalq zəmanətlərin mövcudluğu və milli təhlükəsizliyin gücləndirilməsi ilə mümkündür".

Müxalifət "yeni güzəştlərə" yol verməməyi və hazırkı rejimin yenidən hakimiyyətə gəlməsinin qarşısını almağı tələb edir. Paşinyan isə suverenliyi zəiflətməkdə və xalqı aldatmaqda ittiham olunur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR