Onlayn ictimai-siyasi qəzet
Ermənistanın radikal revanşist dairələrindən biri olan “Ayakve” Vaşinqton razılaşmasına qarşı növbəti təxribatçı açıqlama yayıb.
Musavat.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Təşkilat iddia edir ki, bu sənəd “sülh” deyil, guya yeni güzəştlərdir və bunlar gələcəkdə “yeni müharibələrə və təzyiqlərə yol aça bilər”.
“Ayakve” bəyanatında manipulyativ şəkildə Ermənistanın keçmişdə “güzəşt etdikdən sonra” daha böyük itkilərlə üzləşdiyini iddia edir.
Bəyanatda sülh sazişinin guya “real təhlükəsizlik təminatları, Ermənistan sərhədlərinin beynəlxalq tanınması və beynəlxalq vasitəçilərin iştirakı olmadan” imzalanmasının dövlətçiliyi sual altına ala biləcəyi kimi fikirlər səsləndirilir.
Musavat.com
16 Avqust 2025
15 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ