Onlayn ictimai-siyasi qəzet
Kürdəmir rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə Zərdab-Kürdəmir yolunun rayonun Çöl-Ərəb kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mercedes" markalı avtomobillə motosikletin toqquşması nəticəsində motosikletin sürücüsü ölüb. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
04 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ