İnsanlara hürriyət, millətlərə istiqlal!

Kupyanskın işğalı zamanı öz həmvətənlərini "maddi sübutlar"la "ilişdirən" şəxs tutulub

Xarkov vilayətinin işğaldan azad edilmiş rayonlarında stabilləşdirmə tədbirləri zamanı Kupyanskın işğalı zamanı “Rusiya Federasiyası Daxili İşlər Nazirliyində ekspert” kimi işə düzəlmiş  ukraynalı hərbçi saxlayıb. 

Musavat.com Ukrayna mediasına istinadla xəbər verir ki,  geniş miqyaslı işğalın əvvəlində Kupyansk sakini rus işğalçıları dəstəkləyib və könüllü olaraq düşmənlə əməkdaşlığa razılıq verərək, işğalçıların yaratdığı “Daxili İşlər İdarəsi”ndə işə düzəlib.

Orada onu işğal orqanının “kriminalistika şöbəsi”nə “ekspert” təyin ediblər.

Bu vəzifədə o, bölgədəki müqavimət hərəkatı üzvlərinə qarşı uydurma işlərin tərtib edilməsi işində iştirak edib.

Ukraynalı kollaborasionist ruslar üçün lazım olan “ekspert rəyləri”ni tərtib etməkdən ötrü şübhəli şəxslərin evinə, maşınına "maddi sübutlar”  atıb "tapmaq"la məşğul olurmuş.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR