İnsanlara hürriyət, millətlərə istiqlal!

Kuba İan qasırğasına görə ABŞ-dan kömək istəyib

Kuba İan qasırğasına görə ABŞ hökumətindən kömək istəyib.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, Kuba qasırğanın vurduğu ziyanın aradan qaldırılması işində təcili humanitar yardımın göstərilməsi üçün ABŞ-a müraciət edib. Bu barədə “The Wall Street Journal” qəzeti sentyabrın 30-da məlumat yayıb.

Qəzetin yazdığına görə, rəsmi Vaşinqtonla Havana arasında gərgin münasibətlər hökm sürdüyü üçün belə bir tələb gözlənilməzdir. Ağ Evin keçmiş rəhbəri Donald Tramp prezidentlik dövründə Kubanı “terrorizmin sponsoru” adlandırıb və bu da iki ölkə arasında münasibətlərin pozulmasına gətirib çıxarıb. ABŞ Prezidenti Co Bayden indiyədək iki ölkə arasında əlaqələrin bərpası üçün heç bir ciddi addım atmayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR